ONN media Olaylar-a istinadla xəbər verir ki, xarici valyutanın qanunsuz yolla çıxarılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, "Berkarar" Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olub. Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 dollar valyutanı şifahi formada bəyan ediblər, bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.
Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9600 dollar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.



Ölkədən qanunsuz şəkildə dollar çıxarmağa çalışan şəxs tutuldu
Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
Gömrükdə əməliyyat — Külli miqdarda xarici valyuta ələ keçirildi
Mobil telefon və kosmetik vasitələr keçirmək istədi
Gömrükçülər 10 200 ədəd "Marlboro Touch" siqareti aşkarladı
Yarım milyon manatlıq telefon gömrükdə saxlanıldı
Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarlandı
Avtomobillərdə dərman preparatları aşkarlandı
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Gömrükçülər 21 min qutu siqaret aşkarladı
Narkotik vasitələr aşkar edildi
Gömrükçülər külli miqdarda telefon aşkarladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 