Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. ONN media xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı qadının 17 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin edilib. İttihama görə, 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib. Qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib, nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub. Xatırladaq ki, ər və arvadın birgə nikahdan iki övladı var.
DƏHŞƏTLİ CİNAYƏT: Əri ilə mübahisə etdi və...



Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
Qardaşı arvadını bıçaqladı - Səbəbi isə...
Anasını boğdu, sonra isə... - DƏHŞƏTLİ CİNAYƏT
Qohumlar arasında QORXUNC CİNAYƏT - Bacısının ərini...
Gəncə sakini qeyri-rəsmi yaşadığı qadının qardaşını bıçaqladı
Bakıda taksi sürücüsü bıçaqlandı
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Oğurluq etdiyi evin sahibini qətlə yetirən şəxsə höküm oxundu
Bakıda tanışını evinə çağırdı, sonra isə...
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq
Əvvəl taksiyə oturdu, sonra...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 