Bakıda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.
Belə ki, İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3-cü (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd "Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı A.Hüseynov barəsində cinayət işi başlanılıb. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Polisin "saxla" işarəsinə əməl etmədi - Avtomobillə qəza törətdi
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Dəmir yolu vağzalında silahlı şəxs saxlanılıb
Bakıda axtarışda olan şəxs tutuldu
SON DƏQİQƏ! “Bandotdel” böyük əməliyyat keçirdi: Xeyli sayda silahlı şəxs tutulub
Bakıda əməliyyat, polis atəş açmalı oldu və... - SON DƏQİQƏ
Nardaranda əməliyyat - Silahlı şəxs tutuldu
Polis əməliyyatlar keçirdi: silahlı şəxslər saxlanıldı
Bakıda avtomat gizlədən şəxs ələ keçdi
Cəlilabadda silahlı şəxs saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 