Həbsdə olan idmançı Kamil Zeynallı apellyasiya şikayəti verib.
ONN media xəbər verir ki, bu barədə onun vəkili Aygül Rəfiyeva məlumat verib.
Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: "Biz hesab edirik ki, birinci instansiya məhkəməsi düzgün qərar çıxarmayıb. Müvəkkilimin azadlığa buraxılmasını istəyirik".
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.



Kamil Zeynallı apellyasiya şikayəti verdi
Məhkəmə Kamil Zeynallı ilə bağlı QƏRAR VERDİ
Kamil Zeynallı həbs olundu?
Kamil Zeynallının vəkili: "Ailəsi ilə danışıb və..." - Açıqlama
Kamil Zeynallı nə vaxt azadlığa çıxacaq?
Məhkəmədən Kamil Zeynallı barədə QƏRAR
Kamil Zeynallı azadlıqda
Kamil Zeynallı Bakıya gəlib
Kamil Zeynallının saxlanılma səbəbi məlum oldu
SON DƏQİQƏ: Kamil Zeynallı yenidən tutuldu - MƏHKƏMƏYƏ APARILIR
Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 