Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsertdə çıxışı müzakirələrə səbəb olub. İfaçının Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
ONN media xəbər verir ki, "Eduaz" mövzu ilə bağlı ADNSU ilə əlaqə saxlayıb. Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib:
"Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Konsert proqramı tədbirin bir hissəsini təşkil edib. Biz bunun üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Tədbir iki hissədən ibarət olub. Birinci rəsmi, ikinci isə konsert.
Afaq Aslan ikinci hissədə iştirak edib. Həmin şəxsin xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər".



ADNSU-dakı tüstülənmə ilə bağlı açıqlama
Afaq Aslandan cəsarətli geyim
Hüseynbala Mirələmov İŞDƏN ÇIXARILDI
Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - VİDEO
“Afaq belə ərə getməkdənsə..."- Əli Mirəliyev
Bakıda universitetdə yanğın olub? - RƏSMİ AÇIQLAMA
ADNSU-nun rektoru vəzifəsi ona həvalə olundu
Afaq Aslan bunları İLK DƏFƏ ETİRAF ETDİ: “Putinlə…” – VİDEO
Metroda Novruz şənliyi keçirildi
BDU-nun qarşısındakı izdihamla bağlı AÇIQLAMA
Bu universitetdə maaşlar artırıldı
Novruz bayramı ilə bağlı möhtəşəm konsert proqramları keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 