Türkiyəyə köçən azərbaycanlı aktrisa Pərvin Abıyeva qorxu janrında çəkilən filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Filmin ssenarisinə əsasən aktrisanın bədəninə cinlər daxil olur.
ONN media xəbər verir ki, bu barədə aktrisa özü instaqramda məlumat yayıb. Ulduz bildirib ki, film Azərbaycan və Türkiyənin ortaq istehsalı ilə lentə alınıb. "Astral səyahət" adlanan ekran işi may ayında həm Azərbaycan, həm də Türkiyə kinoteatrlarında təqdim olunacaq.
Pərvin Abıyeva layihədə əsas rollardan birini ifa edir. Qorxu janrında çəkilən filmdə Büşra Acar, Elif Çapkın, Kübra Kılınckaya, Çağdaş Tekelioğlu, Murad Dada və başqaları rol alıb. Layihənin rejissoru Hasan Gökalpdır.
Film üç rəfiqənin Aslı, Ece və Çiğdemin astral səyahət ilə maraqlanmağa başladıqdan sonra başına gələn dəhşətli hadislərdən danışır. Astral səyahəti sınaqdan keçirmək istəyən gənc qızlar bir müddət çalışdıqdan sonra nəhayət məqsədlərinə çatır. Ruhlarını bədənlərindən ayırmağı bacaran qızlar dünyanın müxtəlif nöqtələrində yeni kəşflər edir. Yaşadıqları təcrübədən sonra tez-tez astral səyahət etməyə başlayan qızlar bir gün heç gözləmədikləri hadisə ilə qarşı-qarşıya qalır. Astral səyahət zamanı paranormal hadisələr yaşayan Aslı bu vəziyyətin təsirindən çıxa bilmir. Yaşadığı qorxu yalnız ona təsir etmir, bir müddət sonra Aslı və Çiğdemlə də eyni hadisə baş verir. Qara cadunun təsiri altına düşən qızlar özlərini cindən xilas etmək üçün yeni bir astral səyahətə başlamağa qərar verir. Aslı, Ece və Çiğdemin bədənlərinə girən cindən xilas olub, ola bilməyəcəyi isə sual altında gizlənib. Bu suala filmi izlədikdən sonra cavab tapa biləcəksiniz.



Pərvin Abıyeva mülklərinin sayını açıqladı
Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşüb?
Pərvin Abıyeva Şri-Lankada - FOTOLAR
Pərvin Tiktokdan gəlirini AÇIQLADI
Pərvin Abıyevanın vəziyyəti ağırlaşdı
75 illik mübarizə filmdə davam edəcək
Pərvin Abıyeva Bakı bulvarında - FOTOLAR
Pərvin Abıyeva əməliyyat edildi
Pərvin Abıyeva dodaq-dodağa şəkil çəkdirdiyi rəfiqəsindən GÖRÜN NƏLƏR DEDİ
Pərvin Abıyeva polis sevgilisindən 20 gün ayrı qala bildi
Pərvin Abıyeva elə fotolar paylaşdı ki... - OLAY OLDU - FOTOLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 