Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.
ONN media APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində 99-FX-599 dövlət nömrə nişanlı, "Hyundai SantaFe" markalı minik avtomobili sürüşərək yoldan çıxıb və çökək əraziyə aşıb.
Hadisə zamanı avtomobildə olan Qəbələ rayon sakinləri - 1986-cı il təvəllüdlü Cəlilov Murad Ağa oğlu, 1996-cı il təvəllüdlü Səfiyev Sənan Aqil oğlu və 1996-cı il təvəllüdlü Mehralıyev Cavidan İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Şamaxıda başqa bir minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində rayonun Məlikçobanlı kənd sakini, 2008-ci il təvəllüdlü Ramazan Seyidov və Bakı sakini, 1990-cı il təvəllüdlü Nicat Şakirli xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.



Azərbaycanda ağır yol qəzası - ÖLƏN VAR
Qəbələdə yol qəzası
İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər...
Bakı-Quba yolunda ağır qəza olub
Şamaxıda qəza: “VAZ”lar toqquşdu - Yaralananlar var
Betonqarışdıran maşın motosikletin üzərinə aşdı: 3 yaralı
Ağdaşda YOL QƏZASI - 3 nəfər...
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
Şamaxıda BƏDBƏXT HADİSƏ: 2-ci sinif şagirdini...
Toya gedirdilər, qəzaya düşdülər - 6 NƏFƏR...
Salyanda ağır qəza - YARALILAR VAR
Bakı- Şamaxı yolunda qəza olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 