İranda ölkənin böyük qismini təsiri altında saxlayan şiddətli yağış və fırtına nəticəsində insan tələfatı artıb. ONN media xəbər verir ki, təbii fəlakət nəticəsində 24 nəfər ölüb, 55 nəfər xəsarət alıb. Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi yazılı açıqlama verib. Açıqlamada Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Çaharmahal Bəxtiyari, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzisitan, Kirman, Loristan, Mərkəzi, Kohkiluye-Buyer Əhməd və Gilan əyalətlərində mayın 8-dən etibarən başlayan fırtına və yağışlar nəticəsində tələfatın qeydə alındığı bildirilib. Ölənlərdən 4-ü sel aparıb. 20 nəfər isə ildırım vurması nəticəsində dünyasını dəyişib. İran Qırmızı Aypara Cəmiyyətinin Axtarış və Xilasetmə Təşkilatının sədri Mürtəza Səlimi əlverişsiz hava şəraitinin hökm sürdüyü 83 şəhər və kəndə humanitar yardım göndərdiklərini açıqlayıb.
ACI XƏBƏR gəldi: 24 ölü, 55 yaralı



İranda məktəblər bağlandı - SƏBƏB?
İranda güclü zəlzələ- 25 yaralı
18 nəfəri ildırım vurub öldürdü - DƏHŞƏT
İranda güclü qar və çovğun- VƏZİYYƏT PİSDİR
Azərbaycan üçün dəhşətli SEL XƏBƏRDARLIĞI
İranda daha bir fəlakət
Dəm qazından 106 nəfər öldü
İranda güclü partlayış oldu- ÖLƏNLƏR VAR
İranda təbii fəlakət- ÖLƏNLƏR VAR
İranda AĞIR QƏZA - Ölənlər var
İranda güclü zəlzələ baş verdi
Xəzər sahillərində 4 251 nəfər xəsarət alıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 