Ermənistan baş nazirinin arvadı, "Haykakan jamanax" ("Erməni zamanı") qəzetinin redaktoru Anna Akopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ haqda sualları ilə üzləşib. Azərbaycanlı jurnalist soruşub: nəyə görə Akopyan və onun keçmiş rejimə qarşı mübarizə aparan əri öz oğullarını Qarabağa hərbi xidmətə göndərib? Habelə soruşub ki, Paşinyanın mayın 9-da Şuşadakı hərəkətləri münaqişə tərəfləri arasında etimadın formalaşmasına nə dərəcədə imkan yaradır? Bu zaman moderator jurnalistin sözünü kəsib, xahiş edib ki, bəyanat verməsin, sual versin. "Mən detallara varmaq istəmirəm. Lakin biz münaqişə vəziyyətindəyik, müharibə başa çatmayıb, ona görə də bizim oğlumuz orduda xidmət edir"-Akopyan suala belə cavab verib. Əlavə edib ki, onun özü qadınların və anaların mövqeyindən çıxış edir. Ermənistan baş nazirinin arvadı habelə münaqişəni danışıqlar masası arxasında nizamlamağa və insan həyatı bahasına başa gələn eskalasiyadan qaçmaq üçün bütün mümkün səyləri göstərməyə çağırıb. "Ermənistan heç vaxt müharibəyə başlamayacaq"-Akopyan deyib. O, hərbi ritorikanın "Azərbaycan tərəfdən səsləndiyini" bildirib. Akopyanın fikrincə bir-birinə nifrət dayandırmaq çətindir, amma mümkün olmayan iş deyil. Bu kontekstdə Akopyan özünün "Qadınlar sülh naminə" təşəbbüsünü xatırladıb. virtualaz
“Nəyə görə oğlunu Qarabağda xidmətə göndərmisən?...” - Azərbaycanlı jurnalist Paşinyanın arvadından soruşdu



Anna Akopyandan ŞOK: Rusiya düşmənimizdir
Paşinyanın arvadı və qızı Rusiya vətəndaşlığı alacaq – İDDİA
Paşinyanın arvadı ABŞ-a getdi
SON DƏQİQƏ: Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ
Paşinyanın arvadı təyyarədə etirazla qarşılanıb
Ermənistanda qızları buna görə orduya cəlb edirlər - Paşinyanın arvadı hərəkətə keçdi
Paşinyan böyük milli fəlakətdir - Akopyan
Paşinyanın həyat yoldaşı İranda məscidə getdi
Paşinyanın arvadının görüntüləri Ermənistanı dəliyə döndərdi - ŞOK FOTO
Anna Azərbaycan üçün işləyir – Hraparak
Azərbaycanlı əsgər Paşinyanın arvadının olduğu evə girib?
Akopyan əmr verdi: Zəngəzurda kütləvi həbslər olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 