ONN İnformasiya Agentliyi

Ağır yol qəzası – Xəsarət alanlar var

Ağır yol qəzası – Xəsarət alanlar var
02 Sentyabr 2018 - 19:39

Mingəçevir – Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

ONN media report -a istinadən xəbər verir ki, qəza zamanı "Oka" markalı avtomobil mikroavtobusla, ardınca isə "VAZ-2109" markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə "Oka"nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png