ONN İnformasiya Agentliyi

Azərbaycanda yük avtomobili yandı – Sürücü ağır vəziyyətdə çıxarıldı

Azərbaycanda yük avtomobili yandı – Sürücü ağır vəziyyətdə çıxarıldı
09 İyun 2021 - 19:08

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində “ЗИЛ” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 3 ton ot bağlamasının 700 kiloqramı və yaxınlıqda hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.

ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png