ONN MEDİA

Bakı-Tbilisi qatarı qəzaya uğradı: Onlarla sərnişin qatardan çölə buraxılmır – VİDEO

Bakı-Tbilisi qatarı qəzaya uğradı: Onlarla sərnişin qatardan çölə buraxılmır – VİDEO
09 İyul 2019 - 1:03

Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.

ONN media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Hadisə şahidlərinin bizə yolladığı videonu təqdim edirik.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP