ONN İnformasiya Agentliyi

Bakıda quldurluq: Taksi sürücüsünü…

Bakıda quldurluq: Taksi sürücüsünü…
12 Yanvar 2022 - 22:31

Bakıda quldurluq hadisəsi olub.

ONN media Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, dekabrın 28-i saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfər onu bıçaqla hədələyib 70 manat pulunu və mobil telefonunu alıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png