ONN İnformasiya Agentliyi

Hamilə qadının qəfil ölüm səbəbi bəlli oldu

Hamilə qadının qəfil ölüm səbəbi bəlli oldu
17 Yanvar 2023 - 18:00

Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.

Hadisə rayonun Çərəkə kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.

Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.

Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim birqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.

Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png