ONN İnformasiya Agentliyi

Masallıda ağır yol qəzası baş verib

Masallıda ağır yol qəzası baş verib
31 Mart 2024 - 17:23

Masallıda avtomobil aşıb, üç nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə Alvadı kəndində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb və elektrik transformatoruna çırpılıb. Qəza nəticəsində üç nəfər – Cəlilabad rayon sakinləri: 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002 -ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png