ONN İnformasiya Agentliyi

Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır – VİDEO

Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır – VİDEO
25 Yanvar 2018 - 13:01

Rusiya paytaxtı Moskvanın cənubi-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda yanğın baş verib.

ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) paytaxt üzrə baş komitəsinin nümayəndəsi bildirib.

Bazarın mətbuat xidmətindən dəqiqləşdiriblər ki, yanğın təmir işləri həyata keçirilən zonada inşaat zibilinin alışması nəticəsində baş verib. Yanğının sahəsi 250 kvadrat metr təşkil edib. Artıq yanğının lokallaşdırıldığı bildirilir.

FHN-dəki mənbənin sözlərinə görə, bir nəfər zərər çəkib. Ərazidən 150-dən çox insan təxliyyə olunub.

Xatırladaq ki, bazarda ötən həftə də inşaat zibili yanıb. Yanğının sahəsi 300 kvadrat metr təşkil edib.

“Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinə məxsusdur. Bazar Moskva Dairəvi Avtomobil Yolunun kənarında yerləşir və Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır. Ümumi ərazisi 40 hektardan çoxdur. Burada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək və bağ-həyət ləvazimatlarının satışı ilə məşğul olan 8 mindən çox pavilyon fəaliyyət göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png