ONN İnformasiya Agentliyi

Qaxda meşə YANIR

Qaxda meşə YANIR
25 Avqust 2021 - 9:53

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

ONN media  xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında yanğın baş verən ərazidə irigövdəli ağacı ildırım vurması olub.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png