ONN İnformasiya Agentliyi

Qazaxda 85 yaşlı sürücü 3 nəfəri vurdu — ÖLƏN VAR

Qazaxda 85 yaşlı sürücü 3 nəfəri vurdu — ÖLƏN VAR
10 Mart 2020 - 22:42
Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

ONN media xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər – sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png