ONN İnformasiya Agentliyi

Samovarı yandırarkən xəsarət aldı – VƏZİYYƏTİ AĞIRDIR

Samovarı yandırarkən xəsarət aldı – VƏZİYYƏTİ AĞIRDIR
05 Sentyabr 2020 - 20:27

Lənkəran sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb.

ONN media xəbər verir ki, Kərgəlan kənd sakini, 1962-ci il təvəllüdlü İsgəndər Tofiq oğlu Cəfərov samovarı qaynatmaq istəyib.

O, samovarı alışdırmaq məqsədilə yanacaq kimi səhvən benzindən istifadə edib. Bu zaman əlindəki qabda olan benzin məhlulu alışaraq partlayıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Cəfərova döş qəfəsinin, sağ əlin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png