ONN İnformasiya Agentliyi

Samuxda yanacaqdaşıyan maşın aşıb, 40 ton benzin yola dağılıb

Samuxda yanacaqdaşıyan maşın aşıb, 40 ton benzin yola dağılıb
12 Yanvar 2024 - 12:48

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

ONN media-nın məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb. “Mercedes” markalı çoxtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaqdaşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısını alınması istiqamətində tədbirlər həyata keçirilib. Hadisə zamanı Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunublar, sürücülər alternativ yollara yönləndiriliblər.

Dövlət Yol Polisi əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png