Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın olub.
ONN media FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.