ONN İnformasiya Agentliyi

Zəngilandan gələn fəhlə avtobusu aşdı

Zəngilandan gələn fəhlə avtobusu aşdı
08 Aprel 2024 - 12:51

Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var.

ONN media xəbər verir ki, Zəngilandan gələn “İsuzu” markalı avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.

***

Bu gün saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır:

“Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png