ONN İnformasiya Agentliyi

Hava 38 dərəcəyə qədər isinəcək, çimərliklərdə isə su...

Hava 38 dərəcəyə qədər isinəcək, çimərliklərdə isə su...
11-06-2019, 09:09

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 30-35, Bakıda 33-35 dərəcə isti təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu aranda 33-38, dağlarda 19-24 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png