Avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlüyü gözlənilir. ONN media -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr. Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. ETSN yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhalini açıq havada olarkən bu faktoru nəzərə almağı tövsiyə edir.
Nazirlik hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ



Nazirlik xəbərdarlıq etdi: Güclü külək…
Temperatur 4-7 dərəcə enəcək - Xəbərdarlıq
Yağış yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ: Avqustun 24 -dək...
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
Hava xəbərdarlığı: İntensiv yağış, dolu...
Nazirlikdən hava XƏBƏRDARLIĞI: Bakıda yağış yağacaq, külək əsəcək
Həftə sonu hava necə olacaq?
Külək güclənəcək, leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Hava ilə bağlı xəbərdarlıq
ETSN-dən XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 