Avqustun 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. Abşeron çimərliklərində Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək,lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Sabahın hava proqnozu açıqlandı



Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Yağış, dolu, külək - SABAHIN HAVASI
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Sabahın hava proqnozu açıqlanıb
Həftənin ilk iş günü hava necə olacaq?
Sabah hava necə olacaq?
36 dərəcə isti olacaq
Sabahın havası açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 