Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-10° isti olacaq.



Sabahın havası açıqlandı
Sabah hava necə olacaq?
Sabahın hava proqnozu açıqlandı
Bazar günü hava necə olacaq?
İstirahət günü hava necə olacaq?
8 mart günü hava necə olacaq?
Sabahın havası açıqlandı
Həftənin ilk günü hava necə olacaq?
Martın ilk günü hava necə olacaq? - PROQNOZ
Sabahın HAVASI AÇIQLANDI
Sabah HAVA NECƏ OLACAQ?
Sabah hava necə olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 