Ölkə ərazisində hava şəraiti dəyişəcək.
ONN media xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək.
Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-ı axşam və 19-dək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.
Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 14-dən əsasən şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.



Hava ilə bağlı XƏBƏRDARLIQ - Temperatur aşağı enəcək
Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Qar yağacaq, temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
Hava yenidən dəyişir - XƏBƏRDARLIQ EDİLDİ
Yağış yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq
Sabahın havası ilə bağlı DAHA BİR XƏBƏRDARLIQ
Hava kəskin dəyişir: qar yağacaq, çovğun olacaq - XƏBƏRDARLIQ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Bakıda temperatur aşağı enəcək- Sabahın havası
Hava ilə bağlı XƏBƏRDARLIQ: Martın 1-dən...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 