İsveçin Heteborq Universitetinin mütəxəssisləri qəhvənin ömür müddətinə təsirini açıqlayıblar. ONN media xəbər verir ki, tədqiqatda 20-79 yaşlı 508 min 747 kişi və qadın iştirak edib. Araşdırmanın nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub. Təcrübə iştirakçıları istehlak edilən qəhvə miqdarı və onun hazırlanma üsulunu göstərən anketləri doldurublar. Onların boyu, çəkisi, xolesterol səviyyəsi, qan təzyiqi, fiziki fəaliyyəti də nəzərə alınıb. Bu amillər təsadüfən seçilməyib. Həkimlərin dediyinə görə, bu faktorlar ürək-damar xəstəliyi ehtimalına təsir göstərir. Respondentlər 20 il ərzində izlənilib. Bu müddət ərzində iştirakçılardan 46 min 441 nəfəri ölüb. Onlardan 12 min 621-i ürək-damar xəstəliklərindən, 2 min 894-ü isə insultdan həyatını itirib. İştirakçıların 59%-nin süzülmüş qəhvəyə, 20%-nin süzülməmiş qəhvəyə üstünlük verdiyi məlum olub. Respondentlərin 9%-nin qəhvənin hər iki formasını içdiyi, 12%-nin isə bu içkidən istifadə etmədiyi ortaya çıxıb. Məlum olub ki, qəhvə istehlak edildiyi qruplarda ölüm nisbəti daha aşağı olub. Süzülmüş qəhvə istifadə edənlərin ölüm riskinin 15% az olduğu qeyd edilib. Ən aşağı ölüm nisbəti isə gündə bir-dörd fincan süzülmüş qəhvə içənlər arasında qeydə alınıb. 60 yaşdan yuxarı insanlar üçün isə bu içkinin istehlakının ölüm ehtimalını artırması barədə xəbərdarlıq edilib.(publika.az) https://www.youtube.com/watch?v=fk9cJ8sEsZM&feature=emb_title
Qəhvə ilə ömrü uzatmağın sirləri - ARAŞDIRMA (VİDEO)



Qəhvəyə bir çimdik ədviyyat qatmaq MÖCÜZƏLƏR YARADIR
Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
Səhər yeməyi niyə vacibdir?
Gündə 3 fincan qəhvə içmək... - YENİ ARAŞDIRMA
Qəhvənin ürəyə faydası sübut edildi
Yatmazdan öncə diş fırçalamağın inanılmaz faydası
Qəhvənin ürəyə faydalı miqdarı müəyyən edildi
Avokadonun daha bir möcüzəvi faydası MƏLUM OLDU
Qarın piylərini əridən EFFEKTİV ÜSUL
Alimlərdən yeni açıqlama: Qəhvə...
Qəhvənin ürəyə faydası var?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 