Gündəlik və çox müddətdə mobil vasitələrdən istifadə və kompüter arxasında çox oturmaq insanın baş beynində çoxsaylı zərərli dəyişikliklər yaradır. ONN media xəbər verir ki, yapon alimləri yeni elmi tədqiqatlatının nəticəsi olaraq dəhşətli faktlar açıqlayıblar. Alimlər bildirir ki, hər gün rəqəmsal texnologiyalardan çox istifadə beynin qızmasına və yanmasına səbəb olur. Nəhəng informasiya axını beyinə daxil olur və beyin tərəfindən saf-çürük olunmağa zaman belə qalmadığından lazımsız informasiya arxivlənir, beyin şöbələri zibillənir, nəticədə insanın beyni yorulur, o ətrafda və özündə nə baş verdiyini anlamır. Bu sindrom daha çox 35-65 yaş arası insanlarda geniş yayılıb. Neyrocərrahlar da bu sindromu təsdiqləyir. Onlar deyir ki, beyində informasiyanı həll edib, toplayıb saxlayan prefrontal kötük nahiyəsi var. O, alın hissəyə yaxın yerləşir. Bu zona yaddaş, qərar vermək və qarşıya çıxan problemi çözmək üçün də ayrılıb. Həddən artıq telefon, internet, kompüter istifadəsi bu hissəni yükləyir, lazımi informasiyaya yer qalmır, getdikcə yaddaş pozulur, insan sadə məsələləri belə həll edə bilmir. Nəticədə həmişə başı və xüsusən alın hissəsi ağrıyır. Bu insanlar işdə, təhsildə irəli gedə bilmir, çox sayda səhvlər buraxır. Yapon alimləri məsləhət də veriblər. Telefon və kompüterdən istifadəyə konkret vaxt qoyun. Eyni zamanda ikisinə də baxmayın. Film izləyərkən və ya kompüterdə işləyərkən telefon əlinizdə olmasın. Yemək yeyərkən telefona baxmayın, yemək zamanı başqa informasiya almaq olmaz. Mütləq günlük yuxu normasına əməl edin. Kompüterdə çalışanlar sutkada 8-9 saat yuxusunu almalıdır. Beyin yuxuda yükləmələrdən azad olur. Qeyd edək ki, ÜST də telefon və kompüterdən çox istifadənin əhalinin ömrünün qısalmasına və xəstəliklərin artmasına səbəb olacağı barədə bildirib.(medicina.az)
Telefon və kompüter beyini yandırır - ŞOK ARAŞDIRMA



Doğan qadınların beyni subaylara nisbətən daha gəncdir - ALİMLƏR
Bu şəxslər heçvaxt kökəlmir
Bu şəxslər heç zaman kökəlmir
Smartfonlar erkən əqli zəifliyə səbəb olur - XƏBƏRDARLIQ
4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR
Yaddaş zəifliyinin qarşısını necə almaq olar? - NEVROLOQ MƏSLƏHƏTİ
Qəribə yuxu görməyin insana faydası nədir?
Kompüterdə 2 saatdan çox oturmaq ürək xəstəlikləri yaradır - ALİMLƏR
Beyini öldürən 5 pis vərdiş
Bu qida beyini cavan saxlayır, yaddaşı gücləndirir
Siqaret çəkənlərin DİQQƏTİNƏ
Bu qidalar beynin düşmənidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 