Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, 19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Bu günün HAVASI: 37 dərəcə isti olacaq...



Sabahın havası açıqlandı- 40 dərəcə isti..
Bu gün paytaxtda və rayonlarda hava necə olacaq?
39 dərəcə isti olacaq - Bu şəxslərə XƏBƏRDARLIQ
Sabah hava necə olacaq?
Sabahın HAVASI AÇIQLANDI: 37 dərəcə isti olacaq
Sabah 39 dərəcə isti olacaq
Bu gün 35 dərəcə isti olacaq
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ: iyulun 20-21-də...
Bu gün hava necə olacaq?
Ölkədə sabaha gözlənilən hava şəraiti açıqlandı
Sabah 38 dərəcə isti olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 