Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq. Sentyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Həftənin ilk iş günü HAVA NECƏ OLACAQ?



Həftənin ilk iş günü HAVA NECƏ OLACAQ?
Yağış, dolu, şimşək - BU GÜNÜN HAVASI
Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq - PROQNOZ
Həftənin ilk iş gününə olan HAVA PROQNOZU
Sabahın havası açıqlandı
Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək...
Bu ərazilərə yağış yağacaq
Sabah 38 dərəcə isti olacaq
Yağış, külək - SABAHIN HAVASI
39 dərəcə isti olacaq - Bu şəxslərə XƏBƏRDARLIQ
Sabahın havası açıqlandı
Sabah şimal-şərq küləyi əsəcək - PROQNOZ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 