Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. "Bir sıra istiqamətlərdə xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb. Bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhülkəsizlik məqsədilə və meterioliji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülür. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənir. Bir daha hərəkət iştirakçılarından ehtiyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə qurum bəyan edib.
Bu yollar buz bağlayıb



Bakıda avtomobillərin sürət həddi endirildi
Bakının bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
Bu yollarda sıxlıq var - SİYAHI
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
Bakıda bu yollarda sıxlıq var: Avtobuslar gecikir
SON DƏQİQƏ: Bakıda bəzi ərazilərdə tıxac yaranıb - SİYAHI
SON DƏQİQƏ: Bakının mərkəzində böyük TIXAC YARANDI
Bakıda bu yollarda sürət həddi dəyişdirildi
Paytaxt yollarında BÖYÜK TIXAC YARANDI
SON DƏQİQƏ: Bakının bu küçələrində sıxlıq yaşanır
Paytaxt yollarında SIXLIQ: Onlarla avtobus yolda qaldı
Bakının BU YOLLARINDA sıxlıq var, avtobuslar gecikir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 