Nazirlik aprelin 6-da gözlənilən hava şəraiti və xəbərdarlıq barədə məlumat yayıb. Milli Hidrometeorologiya Xidmətinin ONN media -ya verdiyi məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək. Aprelin 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-3 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Aprelin 6-da Abşeron yarımadasında qısa müddətə güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Xəbərdarlıq Aprelin 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Aprelin 6-da Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Güclü külək əsəcək...



Sabahın havası AÇIQLANDI
Külək əsəcək, yağış yağacaq - PROQNOZ
SON DƏQİQƏ: Nazirlik hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Sabahın havası- 17 dərəcə isti olacaq
Sabahın havası: Yağış və 28 dərəcə isti
Sabahın havası necə olacaq?
Sabah yağış yağacaq - PROQNOZ
Bu gün hava necə olacaq?
Sabahın hava proqnozu AÇIQLANDI
Bazar günü hava necə olacaq?
Bu ərazilərə yağış yağacaq, güclü külək əsəcək - SABAHIN HAVASI
Bu insanların NƏZƏRİNƏ: Sabahın havası sizə əlverişlidir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 