Bakıda və Abşeron yarımadasında aprelin 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da yayıb. Belə ki, aprelin 29-da gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. Aprelin 29-u axşam qərb rayonlarından başalayaraq mayın 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayr-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI - Bu tarixdən...



Sabah 28 dərəcə isti olacaq
Sabahın havası açıqlandı
Sabahın HAVASI: 34 dərəcə isti olacaq
Şimşək çağacaq, yağış, dolu yağacaq - SABAHIN HAVASI
Sabah intensiv yağış yağacaq
Şənbə günü hava necə olacaq?
Bu günə gözlənilən HAVA ŞƏRAİTİ
Sabahın havası açıqlandı
Yağış yağacaq, külək əsəcək - Sabahın HAVASI
Sabahın havası açıqlandı
Sabahın havası AÇIQLANDI
İntensiv yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 