Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23 isti, gündüz 28-33 isti, Bakıda gecə 21-23 isti, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə dumaolacaqn. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 32-37 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.



Sabah 40 dərəcə isti olacaq
Sabah hava necə olacaq?
36 dərəcə isti olacaq
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
Bakıda 38 dərəcə isti olacaq - PROQNOZ
Bazar günü hava necə olacaq?
Sabahın HAVASI
Bu ərazilərə yağış yağacaq
Bu gün 39 dərəcə isti olacaq
Sabah hava necə olacaq? - PROQNOZ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 