İyulun 6-da gözlənilən hava şəraiti və xəbərdarlıq barədə məlumat yayımlanıb.
Milli Hidrometeorologiya Xidmətinin ONN media -ya verdiyi məlumata görə, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
İyulun 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 35-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 6-da Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlıq
İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
İyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur.



Sabah hava necə olacaq?
Sabahın HAVASI: 34 dərəcə isti olacaq
İyulun ilk gününə olan HAVA PROQNOZU
Sabahın HAVASI AÇIQLANDI
Sabah hava necə olacaq? - PROQNOZ
İyunun 30-da gözlənilən HAVA PROQNOZU
Sabahın HAVASI
Bu gün 35 dərəcə isti olacaq
Bu gün hava necə olacaq?
Sabah 41 dərəcə isti olacaq
Sabahın HAVASI AÇIQLANDI
Bu gün hava necə olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 