Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil alan 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb.
ONN media -ya agentlikdən verilən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:
1. Dağıstan Dövlət Universiteti
2. Cənubi Rusiya Humanitar İnstitutu
3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
4. Rusiya Dövlət Sosial Universiteti
5. Moskva Dövlət Açıq Universiteti
6. Regionlararası Heyətin İdarəolunması Akademiyası
7. Müasir Humanitar Akademiya
8. "YUJDAQ" İnstitutu
9. Dnepropetrovsk Milli Universiteti
10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)
11. Anadolu Universiteti
Diqqətinizə çatdıraq ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:
1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);
4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.



Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI
Dünyanın ən yaxşı 5 universiteti - SİYAHI
Abiturientlərin nəzərinə.Ən güclü universitetlər açıqlandı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil xərcləri...
Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
Universitetlərə boş qalan plan yerlərinin sayı açıqlanıb
Ən çox Nobel alan universitetlər - SİYAHI
İlham Əliyev daha bir sərəncam imzaladı
Təhsil Nazirliyi bu universitetlərin diplomunu tanımır - SİYAHI
Azərbaycanda yeni hərbi universitet yaradıldı
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişdi
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 