ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
ONN media xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında “Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi” (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.
NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
S.Məmmədovanın atası Emil Məmmədov müsahibəsində qızının böyük uğurundan danışıb:
“2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində “Doris” fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar “Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında” (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq. Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir”.



NASA-nın 2 astronavtı yerə qayıda bilmir
NASA bir ilkə imza atdı
"NASA"dan açıqlama- Marsa ilk olaraq kim gedəcək?
Tarixdə bir ilk: "kosmos oyunları" keçirildi
NASA-dan nəhəng Mars layihəsi - Tarixinin ən böyüyü göndərildi
NASA-da illik ən yüksək əməkhaqqı məlum olub
NASA Marsda yaşayış layihələrini təqdim edib
Nasa tarix açıqladı: ən uzaq görünən qalaktikalara...
NASA bu tarixdə Aya enişi qeyri-mümkün hesab edir
42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ
NASA-dan qorxunc XƏBƏRDARLIQ
Venera necə cəhənnəmə çevrilib? - Qırmızı planetdə YENİ MİSSİYA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 