Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı kənd"də ilkin mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.
ONN media xəbər verir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
"Yaxın vaxtlarda kənd sakinlərinin ora köçürülməsinə başlanılacaq. Dayanıqlı məskunlaşma üçün ilk növbədə zəruri infrastrukturda (məktəb, xəstəxana, market, icra nümayəndəliyi və s.) çalışan insanları köçürməliyik, daha sonra digər insanların köçürülməsi təmin ediləcək. Ona görə də tikinti işləri mərhələli şəkildə aparılır. Artıq ilkin mərhələ üzrə işlər, o cümlədən zəruri infrastruktur işləri yekunlaşmaq üzrədir. Düşünürük ki, gələn ilin ilk 5 ayında sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər. Köçürülmə könüllü olacaq və bu il başlayacaq. Qış fəslidir, sakinlərin istəyindən çox şey asılıdır. Hazırda kənd sakinləri ilə bu istiqamətdə işlər aparılır. Kəndin rəsmiləri ilə yanaşı eyni zamanda icma qrupu ilə işlər aparılır. Kimlərin istəyi olacaqsa, bu ilin sonuna doğru onların köçürülməsinə başlanıla bilər. Təxminən 1 400 nəfərin köçürülməsi nəzərdə tutulur", - deyə o, qeyd edib.
M.Əliyevin sözlərinə görə, "Ağıllı kənd"də çox sadə xüsusi sistemlər qurulub: "Sakinlərin bu sistemləri işlətməsi üçün hər hansı bir çətinlik yoxdur. "Ağıllı kənd" heç də "Ağıllı ev" demək deyil, "Ağıllı kənd " özünü təmin edə bilən, insanlar üçün iş yeri yarada bilən, rahat həyat tərzi keçirməyə imkan verən kənddir. Bəzi insanlar "Ağıllı kənd" deyəndə internetdən şəkil tapırlar, kondisionerli, telefonlu evləri nəzərdə tuturlar. "Ağıllı kənd"in mühəndis planlaşdırılmasında bütün qədim Qarabağ elementlərinə əməl edilib. Evlərdə xüsusi izolyasiya sistemləri qurulur ki, onların məsrəfləri əhəmiyyətli dərəcədə az olsun".



Prezident Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoydu
“Şəhərlərimizi “ağıllı şəhərlər”ə çevirməliyik” - Ərdoğan
Zəngilanda "Ağıllı kənd"in inşası başa çatdı
Prezidentlər Zəngilanda “Ağıllı kənd”lə tanış oldular (YENİLƏNDİ)
Daha 10 ailə Ağalıya köçürüldü
ŞAD XƏBƏR- Zəngilana ilk köçürülmə başlayır
Prezidentlər Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Ağalıya köçmək istəyənlərin NƏZƏRİNƏ
Ağalıya köç nə vaxt başlayır?
Bu gündən əhalinin Ağalı kəndinə köçürülməsi başlanılır
Nazirlikdə sədr təyin olundu - ƏMR
Prezident və xanımı "Arximed" stansiyasında
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 