Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.