İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın və müvafiq sənədlərin doldurulması qaydalarının təsdiq edilməsi haqqında” 2017-ci il 12 iyun tarixli Qərarında dəyişiklik edilib.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qərara əsasən, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na bir sıra əhəmiyyətli dəyişikliklər olunub və yeni Əlavələr təsdiq edilib.
Bu qaydalar Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsini müəyyənləşdirir.
Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən ötən dövrlərdə mütəmadi olaraq “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tətbiqi ilə bağlı rezidentlərin və qeyri-rezidentlərin rastlaşdıqları çətinliklər araşdırılıb. Bununla bağlı, beynəlxalq müqavilələrin tətbiqi ilə bağlı bir sıra dövlətlərin təcrübəsi nəzərdən keçirilib və müvafiq qərarla inzibatçılıq qaydalarına əlavə və dəyişikliklər edilib.
Eyni zamanda, yeni dəyişikliklərdə beynəlxalq müqavilələrdən sui-istifadə hallarının qarşısının alınması, əvvəlcədən vergidən azadolmanın və ya məhdud vergitutmanın tətbiqi ilə bağlı prosedurun sadələşdirilməsi və faktiki sahibliyin müəyyən olunması şərtləri ilə bağlı yeni müddəalar öz əksini tapıb.
Müvafiq qaydalarla, həmçinin DTA (Double Taxation Agreements) formaları - Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr əsasında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədilə rezident və (və ya) qeyri-rezident tərəfindən təqdim edilən ərizə formaları da təsdiq edilib. DTA ərizələrinin 5 forması mövcuddur. Ərizə formalarının hər birinin vahid nümunəsi Qaydaların əlavələri ilə müəyyən edilib.



Azərbaycan və Türkiyə arasında sənədlər imzalandı
Milli Məclisin iclası başladı: İnam Kərimovun təyinatı…
Bu ölkə ilə viza rejimi ləğv edildi
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası" təsdiqləndi
Milli Məclis bu gün 30 məsələyə görə toplanır
Nazirlər Kabineti rəsmi məlumat yaydı- QƏRAR LƏĞV EDİLDİ
Dövlət bayrağı ilə bağlı qaydalarda DƏYİŞİKLİKLƏR EDİLDİ
Milli Məclisin iclası başladı
Milli Məclisin iclasının gündəliyi dəyişib
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
Deputatlar 13 məsələni müzakirə edəcək
Milli Məclisdə bu məsələlər müzakirə ediləcək - TAM SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 