Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.
ONN media -ya bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.
Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün prioritet vəzifədir və AZAL-ın "Azəraeronaviqasiya" HHİ-nin (AZANS) əsas məqsədlərindən biridir.
Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.
Sistem, üfüqi və şaquli müstəvilərdə səmərəli qoruyucu radiusa malik olmaqla, uçuş cədvəlinə əsasən reyslərin gecikməsi riskinin qarşısını alacaq. Dron əleyhinə mühafizə sistemi rabitə operatorları şəbəkəsinin işinə və naviqasiya sisteminin siqnallarının ötürülməsinə təsir etməyəcək.
Sistemin iş prinsipi hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının aşkar edilməsindən və onların idarə olunmasına müdaxilə etməklə uçuş yerinə qayıtmasına məcbur etməkdən ibarətdir.
Azərbaycan qanunvericiliyində pilotsuz uçuş aparatlarının idxalına və istismarına xüsusi icazənin alınmasının nəzərdə tutulmasına baxmayaraq, hava limanları yaxınlığında xüsusi təhlükə yaradan pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsi ilə bağlı hallar hələ də mövcuddur.
Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir. Onların geniş yayılması, eləcə də dron istifadəçilərinin təlim keçməməsi mülki aviasiya üçün potensial riskdir.
Dronlarla bağlı insidentlər mütəmadi olaraq dünyanın müxtəlif hava limanlarında müşahidə olunur. 2018-ci ilin dekabr ayında dronla toqquşma təhlükəsi səbəbindən London şəhərinin "Getvik" hava limanında yüzlərlə uçuş gecikdirilib.



Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır
AZAL-ın təyyarəsi tufana görə GERİ QAYITDI
AZAL-ın təyyarəsi bu səbəbdən GERİ QAYITDI
Aİ İrana bununla bağlı sanksiya tətbiq etdi
Bakı-Moskva reysinin uçuş marşrutu dəyişdi
Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
İstanbula uçan təyyarə geri qayıtdı
Tiflisə uçan təyyarə geri qayıtdı
AZAL-ın təyyarəsində 20-yə yaxın Ayfon tapıldı
PUA-larımız havaya qaldırıldı - VİDEO
AZAL ABŞ-a uçuşları dayandırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 