İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24°-dək isti olacağı gözlənilir.
Mayın 2-3-də isə havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək 18°-yə yaxın olacaq. Güclü şimal-qərb küləyinin maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.
Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.
Naxçıvan Muxtar Respublikasında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 01-02-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 01-02-də ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 2-si axşam, 3-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Aprelin 30-da ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.



Sabahın havası açıqlandı
Bayram günlərində hava necə olacaq?
Sabahın havası açıqlandı
Bayram günü hava necə olacaq?
Sabahın havası açıqlandı
Sabah şimşək çaxacaq, yağış yağacaq
Sabahın HAVASI - Yağış, külək...
Sabah hava necə olacaq? - PROQNOZ
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bu gün hava necə olacaq?
Sabahın HAVASI: Yağış yağacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 