İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, avqustun 11-də qeyri-sabit hava şəraiti davam edəcək.
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Avqustun 12-də hava şəraitinin sabitləşəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, hava şəraitinin arabir yağışlı olacağı, avqustun 12-də, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında avqustun 11-i gündüz və 12-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti paytaxt qonaqlarının nəzərinə çatdırır ki, avqustun 11-də arabir güclənən qərb küləyi avqustun 12-də şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, avqustun 11-də gündüz və 12-də, əsasən, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.



İstirahət günləri hava necə olacaq?
İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU
İstirahət günlərinə olan hava proqnozu
İstirahət günlərinin HAVASI
İstirahət günlərinə olan hava PROQNOZU
İstirahət günlərinə olan HAVA PROQNOZU
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərinin HAVA PROQNOZU - YAĞIŞ, SULU QAR
İstirahət günlərində hava necə olacaq?
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərinə olan hava PROQNOZU AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 