Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyinə keçib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan ONN media-ya bildirilib.
Məlumata görə, küləyin sürəti 18 m/s, Abşeron dəniz rayonunda isə küləyin sürəti 19 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb.
***
Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib.
***
Qərargahdan verilən məlumata görə, 17 yanvar saat 03:00-a olan məlumata görə açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək 6,3 dərəcə təşkil edir.
***
17 yanvar saat 06:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san, arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.
***
ETSN-də yaradılan Qərərgahın saat 09:00-a olan məlumatına əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir



Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatdı
Dalğanın hündürlüyü 2 metrə çatıb
Dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatır - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatdı - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatdı
Ölkə ərazisindəki faktiki hava açıqlandı
Dalğanın hündürlüyü 5 metrə yaxınlaşır
Nazirlikdən külək açıqlaması: Gün ərzində...
Küləyin sürəti 34 metrə çatdı - FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü qalxdı - FAKTİKİ HAVA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 