Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Eləcə də yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ: Sabahdan...



Sabaha olan hava proqnozu
Sabah hava necə olacaq?
İlk iş günü hava necə olacaq? - PROQNOZ
Sabahın havası açıqlandı
Sabah hava necə olacaq?
Bu gün hava necə olacaq?
Sabahın havası açıqlandı
Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı
Sabahın havası açıqlanıb
Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 