Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 16-da havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 16-da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Fevralın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü bəzi insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliyin bir qədər çox olması meteohessas insanlarda narahatlıq yarada bilər.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında fevralın 17-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.



Şənbə günü hava necə olacaq? - PROQNOZ
Sabah hava necə olacaq?
Sabahın havası- XƏBƏRDARLIQ
Sabaha olan hava proqnozu
Bazar gününün HAVASI
Sabahın havası- 13 dərəcə isti olacaq
Sabah hava necə olacaq?
Sabaha olan hava proqnozu- 11 dərəcə isti
Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı
Hava ilə bağlı XƏBƏRDARLIQ
Həftənin ilk günü hava necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 