Azərbaycanda yanvarın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yanvarın 09-u gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 09-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.
Düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.
Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.
Hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə yağış, sulu qar, qar yağıb. Gecə yağan qar nəticəsində bəzi yerlərdə qar örtüyü əmələ gəlib".
Direktorun sözlərinə görə, belə hava şəraiti bu gün də davam edəcək: "Yanvarın 11-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".



Xınalığa 22 sm qar yağdı - Video
Fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan FAKTİKİ HAVA
Bu ərazilərə qar yağdı - FAKTİKİ HAVA
15 dərəcə şaxta, 12 sm-lik qar - FAKTİKİ HAVA
Bu ərazilərə qar yağdı - Faktiki hava
18-i səhərədək müşahidə olunmuş faktiki hava
Azərbaycana 24 sm qar yağdı - FAKTİKİ HAVA
Yağış, qar, güclü külək - FAKTİKİ HAVA
Faktiki hava açıqlanıb
Faktiki hava proqnozu
Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Güclü qar...
Qusara 9 sm qar yağdı - FAKTİKİ HAVA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 