Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təşkil edəcək.



Sabahın havası açıqlandı
Sabah 29 dərəcə isti olacaq
Sabahın havası açıqlandı
Sabah 25 dərəcə isti olacaq
Sabah 30 dərəcə isti olacaq
Sabah HAVA NECƏ OLACAQ?
Sabahın HAVASI AÇIQLANDI
Sabahın HAVASI
Sabah hava necə olacaq?
Sabah 29 dərəcə isti olacaq
Sabahın havası açıqlandı
Sabahın hava proqnozu açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 