Bu ilin iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir. ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu il iyun ayı üçün verilən proqnozda onun həmişəkindən isti olacağı deyilmişdi: "Bu il iyun ayının ilk günlərindən ölkə ərazisində hava şəraiti isti keçir. Müqayisə aparsaq görərik ki, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq, 5-7 dərəcə yüksəkdir. Keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi. Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq". U.Tağıyeva qeyd edib ki, son illərdə hər il yüksək temperatur göstəriciləri iyul, avqust aylarında müşahidə olunub. Ona görə həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40 dərəcədən yüksək olacağı da gözlənilir. U.Tağıyeva müşahidə olunan isti hava şəraitinə görə artıq dəniz suyunun temperaturu barədə məlumatların da verildiyini qeyd edib: "Yayda adətən, ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq".
Nazirlik: İndiki istu hava iyul, avqust üçün səciyyəvidir



Umayra Tağıyevadan hava şəraiti ilə bağlı AÇIQLAMA
Bu ay temperatur normadan yüksək olacaq - Tağıyeva
Temperatur 20 dərəcəyədək artacaq - Anomal istilər gəlir
Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb
Hava İlə bağlı ŞAD XƏBƏR
İyun ayı üçün gözlənilən hava proqnozu açıqlandı
İsti hava nə vaxta kimi davam edəcək?
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Qarşıdakı 4 gündə...
Hava kəskin dəyişəcək
Martda hava necə olacaq?
Martda hava necə olacaq?
İyul ayında 43 dərəcə isti olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 